wrapper

"Barselona"nın futbolçusu Lionel Messinin ölkəsi Argentinadakı heykəli qırılıb. Futbol11.az xəbər verir ki, onun Buenos Ayresdəki heykəlinin ayaqları kəsilib. 

Heykəli sındıran şəxslərin kimliyi hələlik bilinmir. Şəhər rəhbərliyi heykəlin qısa müddətdə əvvəlki vəziyyətinə gətiriləcəyini və günahkarların tezliklə tapılaraq, cəzalandırılacağını bəyan edib.

Messinin Cənubi Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra milli karyerasını bitirdiyini açıqlaması yerli federasiyanı narahat etmişdi. Şəhər rəhbərliyi isə onu fikrindən daşındırmaq üçün hətta heykəlini də ucaltmışdı.

Həmin heykəl Kriştianu Ronaldonun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu mükafatını qazandıqdan bir neçə saat sonra da uçurdulmuşdu. 

Qeyd edək ki, basketbolçu Manu Ginobili, tennisçilər Qabriela Sabatini, Gilyermo Vilas, “Formula-1”in keçmiş çempionu Xuan Manuel Fanqionun da heykəli Messinin heykəli ilə yanaşı ucaldılıb.

Son redaktə Bazar ertəsi, 04 Dekabr 2017