wrapper

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son – VI turuna start verilib. Futbol11.az xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində təmsil sonuncu oyununu İtaliyada “Roma”yla keçirib.   

Qrupdan çıxmaq artıq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşıyıb. Ancaq romalılar 1/8 finala çıxmaq üçün mütləq qələbə qazanmalı idi. "Canavaralar" buna minimal hesablı qələbəylə nail oldular. Üstəlik, qrupun digər ounuda "Çeli"ylə evdə "Atıletiko"yla matçda xal itirdiyindən "Roma" qrup qalibi olub. Londonlular isə 2-ci yerlə 1/8 finala yüksəlib.

Xatırladaq ki, “Roma” “Qarabağ”ı Bakı Olimpiya Stadionunda 2:1 hesabı ilə məğlub edib. 

5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

"Roma" (İtaliya) – "Qarabağ" (Azərbaycan) - 1:0 

Qol: Dieqo Perotti, 53
Baş hakim: Tobias Stieler

Hakim-köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Ehtiyat hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu

 

"Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:1

Qollar: Stefan Saviç, 75-öz qapısına - Saul Nigez

Son redaktə Çərşənbə, 06 Dekabr 2017