wrapper

“Roma”nın yarımmüdafiəçisi Dieqo Perotti Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Futbol11.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan argentinalı futbolçu "Qarabağ"ın müdafiə xəttində səliqəli oynadığnı deyib: "Bu qrupa düşəndə heç kim bizə inanmırdı. Şanslarımızı aşağı hesab edirdilər. Lakin biz 1/8 finala qrup lideri kimi adladıq. Bizim üçün möhtəşəm oldu. "Qarabağ" müdafiə xəttində səliqəli çıxış etdi. Boşluqlar buraxmadılar. Bizə başağrı oldular. Ancaq xoşbəxtik ki, istədiyimiz nəticəni əldə edə bildik".

Qeyd edək ki, "Roma" ÇL-in C qrupunda 11 xalla lider olub. Təmsilçimiz "Qarabağ" isə 2 xalla sonuncu olub.