wrapper

Bosniya və Herseqovina Futbol Federasiyası milli komandanı Fatih Terimə tapşırmaq istəyir. Futbol11.az xəbər verir ki, Robert Prosineçki ilə anlaşa bilməyən bosniyalılar türk mütəxəssislə danışıqlar aparmağı planlaşdırır.

Tərəflər bir vaxtlar "Qalatasaray"ın formasını geyinmiş veteran futbolçu Tarik Hodziçin vasitəçiliyi ilə danışıqlara başlayıb. Bu barədə Anadolu Agentliyinə veteran futbolçu özü məlumat verib.

O bildirib ki, Bosniya və Hersoeqovina Fetbol Federasiyasının görüş istəyini Fatih Terimə çatdırıb. Onun sözlərinə görə, sabah günortadan sonra tərəflər arasında görüş keçiriləcək və qərar veriləcək. 

Bosniya və Herseqovina Futbol Federasiyası bundan əvvəl baş məşqçi postunu millimizdən ayrılan Robert Prosineçkiyə təklif etmişdi. Lakin tərəflər maliyyə məsələlərində anlaşa bilməmişdi.

Qeyd edək ki, Bosniya və Herseqovina millisində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç çıxış edir.

 

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017