wrapper

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb. Futbol11.az xəbər verir ki, portuqaliyalı hücumçu bunu matçda “kral klubu”nun ikinci qolunu vurmaqla bacarıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldo bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, hazırda hesab 2:2-dir.

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017