wrapper

Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılan, lakin sonra sərbəst buraxılan Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu Zafer Biryol yenidən həbs edilib. Futbol11.az xəbər verir ki, prokurorluq sabiq hücumçunun sərbəst buraxılmasına etiraz edərək, onun yenidən həbs edilməsinə nail olub.

Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunur.

Qeyd edək ki, Biryol karyerası ərzində "Mersin İdman Yurdu", "Ədirnəspor", "Göztəpə", "Fənərbaxça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə “Konyaspor”un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.

 

 

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017