wrapper

Braziliyalı ulduz futbolçu Ronaldinyo karyerasını başa vurmağa hazırlaşır.

Futbol11.az xəbər verir ki, 37 yaşlı oyunçu 2018-ci ildə butsılarını mıxdan asacağını bəyan edib: "Mənim üçün çox acı olacaq, amma 2018-ci ildə karyerama rəsmən başa vuracam. Futboldan sonra musiqi proyektlərim var. Həmçinin, futbol akademiyaları üzrə işimə davam edəcəm".

Qeyd edək ki, Ronaldinyo PSJ, “Barselona” və “Milan” kimi klublarda oynayıb. Braziliya millisinin keçmiş üzvü sonuncu dəfə 2015-ci ildə “Fluminense”də top qovub.