wrapper

Kolumbiya millisinin üzvü Edvin Kardona FİFA tərəfindən cəzalandırılıb.

Futbol11.az xəbər verir ki, buna futbolçunun irqçi hərəkəti səbəb olub. 25 yaşlı yarımmüdafiəçi Cənubi Koreya ilə yoldaşlıq matçında əlləri ilə gözlərini qıyaraq rəqib futbolçusuya qarşı irqçi jest edib. Bu səbəbdən FİFA onu 5 oyunluq cəzalandırılıb.

Kardonanın cəzası yalnız yoldaşlıq görüşlərinə şamil edilir. O, rəsmi görüşlərdə milliyə kömək edəcək.