wrapper

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba açıqlama verub.

Futbol11.az xəbər verir ki, Fransa millisinin üzvü "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunan dönəmdə "Real"dan da təklif aldığını deyib: "Sözü düzü, "Real"da təklif almışdım. Hətta Madrid klubuna getmək bardə düşünürdüm. Bir tərəfdən "Mançester Yunayted"i də fikirləşirdim. Bu günə kimi həmişə qərar verən qəlbimin səsinə qulaq asmışam. Ürəyim "Mançester Yunayted"ə geri dönmək istəyirdi. Bu qərarıma peşman deyiləm. Qərarlarıma heç vaxt peşman olmamışam".

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2015-ci ildə "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avro qarşılığında keçmişdi.

Son redaktə Çərşənbə, 13 Dekabr 2017