wrapper

Dünən İngiltərə Premyer Liqasının 17-ci turunda səfərdə “Suonsi” ilə qarşılaşan “Mançester Siti” yeni rekord qırıb. Futbol11.az xəbər verir ki, rəqibini 4:0 hesabı ilə üstələyn “şəhərlilər” bununla da ölkə çempionatında ardıcıl 15-ci qələbə qazanıb.

Onlar ardıcıl qələbə sayında “Arsenal”ı (14 qələbə) qabaqlayaraq yeni rekorda sahib çıxıb. Bundan başqa Xosep Qvardiolanın yetirmələri 1888-ci ildən bəri mövsümə ən yaxşı başlayan komanda kimi də daha bir rekordu təzələyiblər.

 

Qeyd edək ki, hazırda 49 xalı olan komanda 1-ci pillədədi. Onlar ən yaxın izləyicisi “Mançester Yunayted”i 11 xal qabaqlayır.