wrapper

"Arsenal" heyətini yeni futbolçu ilə  gücləndirməyə hazırlaşır.

Futbol11.az xəbər verir ki, London klubu "Sevilya"nın yarımmüdafiəçisi Steven Nzonzini heyətinə qatmağa yaxındı. "Topçular" Fransa millisinin üzvünün transferini yanvar ayında açıqlamağı planlaşdırır.

"Sevilya"nın baş məşqçisi Eduardo Berizza ilə problemlər yaşadaığı üçün komandadan ayrılmaq istəyən 29 yaşlı orta sahə oyunçusu ilə "Everton" və "Yuventus" da maraqlanır. İspaniya mətbuatının yazdığına görə isə futbolçu artıq "Arsenal"la razılıq əldə edib.

Premyer Liqa təmsilçisi İspaniya klubuna bu keçidə görə 37 milyon avro ödəyəcək. Bonuslarala birlikdə isə bu rəqəm 40 milyon avro olacaq.

Qeyd edək ki, Nzpnzi "Sevilya"ya 2015-ci ildə "Stok Siti"dən transfer olub. Klubla 2020-ci ilədək müqaviləsi olan futbolçu bu mövsüm La Liqada 10, Çempionlar Liqasında isə 6 oyunda meydana çıxıb.