wrapper

Dünən İngiltərə Premyer Liqasının 18-ci turunda “Tottenhem”i darmnadağın edən (4:1) “Mançester Siti” qələbə seriyasını daha da artırıb. Futbol11.az xəbər verir ki, “şəhərlilər” bununla da ardıcıl  16-cı Premyer Liqa oyununda qələbə qazanıb.

Xosep Qvardiolanın yetirmələri ötən əldə etdikləri Premyer Liqada ardıcıl qələbə rekordunu daha da yaxşılaşdırıblar. Bundan əvvəlki rekord “Arsenal”a məxsus idi. “Topçular” 2003/04 mövsümündə ardıcıl 14 oyun qalib gəlmişdi.

Qeyd edək ki, “Mançester Siti” bu qələbədən sonra 52 xalla liderliyini davam etdirir.