wrapper

"Napoli"nin slovakiyalı ulduzu Marek Hamşik Dieqo Maradonaya məxsus rekordu təkrarlayıb. Futbol11.az xəbər verir ki, 30 yaşlı forvard A Seriyasının 17-ci turu çərçivəsində səfərdə "Torino" ilə matçda (1:3) qol vurmaqla buna nail olub.

Belə ki, Slovakiya millisinin üzvü "Napoli" forması ilə 115-ci qolunu vurub.

Qeyd edək ki, Neapol təmsilçisinin heyətində bütün turnirlərdə 115-ci qolu vuran Hamşik Maradonanın 1991-ci ildən bəri qırılmayan rekordunu təzələyib.