wrapper

"Barselona"nın yeni transferi Filippe Koutinyo sıradan çıxıb.

Futbol11.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tibbi müayinədən keçən futbolçunun zədəli olduğu aşkarlanıb. Məlumatda bildirilir ki, Koutinyo 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Barselona" 25 yaşlı braziliyalı yarımmüdafiəçini "Liverpul"dan 160 milyon avroya transfer edib. Braziliya millisinin üzvü ilə 5,5 illik müqavilə imzalanıb və sərbəst qalmaq qiyməti 400 milyon avro təyin edilib.