wrapper

“Liverpul”dan “Barselona”ya  transfer olunan Filippe Koutinyonun forma nömrəsi bəlli olub.

Futbol11.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli forma altında çıxış edəcək. Klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formalar satışa çıxarılıb.

“Barselona”da 7 nömrəli formanı Arda Turan geyinir. Onun komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" Koutinyonu 160 milyon avro qarşılığında "Liverpul"dan transfer edib.