wrapper

 

Honduras millisinin sabiq futbolçusu Xuan Karlos Qarsia dünyasını dəyişib. Futbol11.az xəbər verir ki,  29 yaşlı futbolçu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. 

Xuan Karlos 2015-ci ildə İspaniyanın "Tenerife" klubunda oynadığı zaman qan xərçənginə tutulduğundan xəbərdar olb. Təxminən 3 ildir ki, amansız xəstəlik ilə mübarizə aparan honduraslı futbolçu bu gün gözlərini əbədi yumub.  

Karlosun son olaraq çıxış etdiyi "Uiqan" klubunun prezidenti David Şarpe aldıqları xəbərdən çox üzüldüklərini deyib: "Xuan Karlos bir neçə il bu xəstəliklə mübarizə apardı. Ailəsi üçün, dostları üçün və bizim üçün çox acı xəbər oldu. Müalicəsi üçün dəstək olmağımıza baxmayaraq, Xuan Karlos amansız xəstəlikdən xilas ola bilmədi. 29 yaşda gözlərini əbədi yummaq çox tezdi. Bütün qəlbimiz ailəsi və sevənləri ilə birgədi". 

Qeyd edək ki, Honduras millisinin heyətində 34 oyun keçirən Xuan Karlos karyerası ərzində "Marathon", "Olimpia", "Uiqan" və "Tenerife" kimi komandalarda çıxış edib.

Son redaktə Çərşənbə axşamı, 09 Yanvar 2018