wrapper

DÇ-2018-dən kənarda qalan Türkiyə millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Futbol11.az xəbər verir ki, "ay-ulduzlular" mundiala ev sahibliyi edəcək Rusiya yığması ilə üz-üzə gələcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə qarşılaşmanın iyunun 5-də, Rusiyada keçiriləcəyi qeyd edilib. Matçın başlama saatı və məkanı hələ ki, bəlli deyil.

Xatırladaq ki, Türkiyə millisi martın 23-də İrlandiya, mayın 28-də isə İranla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.