wrapper

"Arsenal"ın futbolçusu Fransiz Koklen karyerasını İspaniyada davam etdirəcək.

Futbol11.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib. Mütəxəssis bildirib ki, 26 yaşlı dayaq yarımmüdafiəçi "Valensiya"ya keçib.

Müqavilənin şərtləri barədə məlumat yoxdur.

Fransalı futbolçu "Arsenal"ın heyətində 105 oyuna çıxıb.