wrapper

"Liverpul"dan Filippe Koutinyonu 160 milyon avro qarşılığında heyətinə qatan "Barselona" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.

Futbol11.az xəbər verir ki, Braziliyanın "Palmeyras" klubunda forma geyən Yerri Mina karyerasını "Barselona"da davam etdirəcək. "Barselona" 23 yaşlı müdafiəçini 11,8 milyon avroya heyətinə cəlb edib. Kolumbiya millisinin üzvünün transferi rəsmi şəkildə açıqlanılıb.

Bu transferdən sonra Xavyer Maskeranonun Çinin "Hebey Fortun" klubuna transferi rəsmiləşə bilər. "Barselona" Arda Turan və Aleş Vidalla da yolları ayrımağı düşünür.