wrapper

Türkiyənin “Qaziantepspor” klubuna yeni baş məşqçi təyin olunub.

Futbol11.az xəbər verir ki, klub rəhbərliyi TFF 1-ci liqada mübarizə aparan komandanı Oqtay Dərəlioğluna tapşırıb.

Maliyyə problemlərində əziyyət çəkən "Qaziantepspor" 1-ci liqada 17 turdan sonra 4 xalla sonuncudur.

Xatırladaq ki, Oqtay 2004/05 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub və 17 oyuna 16 qol vurub.