wrapper

Argentinalı ulduz Lionel Messinin “Barselona” ilə imzaladığı yeni müqavilənin detalları məlum olub. Futbol11.az xəbər verir ki, o, bu sözləşmə ilə dünyanın ən yüksək ödənişli oyunçusu olacaq. 

Belə ki, Messi yeni müqaviləyə əsasən vergilər də daxil olmaqla ildə 104 milyon avro məvacib alacaq. 

Əgər müqaviləsi başa çatana qədər Katalon klubunu tərk etməsə, əlavə olaraq 70 milyon avro da qazanacaq. 

Leo “Barsa”da matçların 60 faizində oynasa, əlavə olaraq 1,9 milyon avro əldə edəcək. Bundan başqa Çempionlar Liqasını qazanacaqları halda ona 12 milyon avro əlavə mükafat veriləcək. 

Messi 4 ilə müqaviləyə əsasən 417,5 milyon avroya sahib çıxacaq. 

Son redaktə Şənbə, 13 Yanvar 2018