wrapper

"Barselona" Türkiyə millisinin üzvü Arda Turanla yolları ayırıb.

Futbol11.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Arda "Başakşəhər" klubu ilə danışıqları mübət yekunlaşdırıb. Məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb. Arda sabah müqavilə bağlamaq üçün Türkiyəyə gələcək. Müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edık ki, Arda 2011-ci ildə "Qalatasaray"dan  "Atletiko"ya keçmişdi. O, Madrid klubundan 2015-ci ildə 41 milyon avro qarşılığında "Barselona"ya transfer olmuşdu. Arda Kataloniya klubunun heyətində 55 oyuna 15 qol vurub və 11 assist edib.