wrapper

İspaniya Sequndasında 22-ci turun oyunları keçirilib.

Futbol11.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” səfərdə “Almeriya” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Eddi start heyətdə başladığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.

“Ximnastik" geridə qalan turlarda 25 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.