wrapper

Türkiyənin “Bursaspor” heyətini gücləndirib.

Futbol11.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandasının hücumçusu Mussa Sounu heyətinə qatıb. Seneqal millisinin üzvü Bursa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Bu keçid "Bursaspor"a 700 min avroya başa gəlib.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz "Bursaspor"dan ayrlaraq Super Liqanın digər təmsilçisi "Gənclərbirliyi" ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Sou daha öncə Türkiyədə “Fənərbaxça”nın şərəfini qoruyub. O, 2012-2015 və 2016-2017-ci illər aralığında İstanbul nəhənginin uğurları üçün çalışıb. 31 yaşlı fransalı forvard ölkəsində “Renn”, “Sedan” və “Lill” klublarında da forma geyinib.