wrapper

İngiltərənin "Everton" klubu daha bir keçidi reallaşdırıb.

Futbol11.az xəbər verir ki, Premyer Liqa klubu "Arsenal"dan Teo Uolkottla razılığa gəlib. 28 yaşlı yarımmüdafiəçinin transferi "Everton"a 24 milyon avroya başa gəlib.

2006-cı ildə "Southempton"dan "topçulara" keçən və 12 illik "Arsenal" kariyerasını sonlandıran İngiltərə millisinin üzvü "Everton"un Cenk Tosundan sonra bu qış ikinci transferi oldu.