wrapper

"Bavariya"nın fransalı futbolçusu Frank Riberi açıqlama verib.

Futbol11.az xəbər verir ki, fransalı yarımmüdafiəçi daha iki il üst səviyyədə oynayacağına inandığını deyib: "Meydanda varlığım belə komandanın atmosferi üçün önəmlidir. Özümü əla hiss edirəm. Ən azı iki il də üst səviyyədə futbol oynaya bilərəm".

Əsas heyətdə yerini həmyerlisi Kinqsli Komana təhvil verən 34 yaşlı futbolçu bu barədə bu fikirləri səsləndirib: "Kinqsli bu mövsüm əla oyun sərgiləyir. Komanda üçün möhtəşəmdir, amma hələ gəncdir. Təcrübəsini artırmalıdır. Mövsüm uzundur və bir futbolçu 50 oyunun hanısında 100 faizlik performans sərgiləyə bilməz".

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2007-ci ildən Münhen təmsilçisində çıxış edir.