wrapper

"Adidas" şirkəti Çempionlar Liqasının cari mövsümünün pley-off və final oyunlarının topunu təqdim edib.

Futbol11.az xəbər verir ki, şirkət “tvitter”dəki rəsmi səhifəsində topun şəklini paylaşıb.

Xatırladaq ki, ÇL-in cari mövsümünün həlledici görüşü mayın 26-da, Ukraynanın paytaxtı Kyevdəki “Olimpiya” stadionunda keçiriləcək.