wrapper

“Everton”un qış fasiləsində 22+6 milyon avro qarşılığında “Beşiktaş”dan heyətinə qatdığı Cenk Tosun əsas heyətə düşməkdə çətinlik çəkir.

Futbol11.az xəbər verir ki, 26 yaşlı forvard yeni klubunun heyətində Premyer Liqada 3 oyun keçirib (143 dəqiqə). Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdays açıqlamasında türkiyəli hücumçunun Premyer Liqanın sürətinə uyğunlaşa bilmədiyini deyib:

“Premyer Liqa oynamaq üçün çox çətin çempionatdır. Cenk Tosun üçün doğru zamanı gözləyirəm. Doğru zaman gələndə, "Beşiktaş"da etdiklərini "Everton"da da təkrarlayacaq Onun qol vurmaq bacarığı ilə bağlı heç bir şübhəm yoxdu. Lakin qol vurması üçün əvvəlcə bu şansı əldə etməlidi ki, bu da, hazırda çox çətindi”.

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018