wrapper

“Real”ın braziliyalı futbolçusu Marselo PSJ-nin ulduzu Neymarın “kral klubu”na keçəcəyi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.

Futbol11.az xəbər verir ki, Marselo həmyerlisi ilə bir komandada oynamaq istədiyini deyib. O, Neymarın bir gün “Real”a keçəcəyinə əmin olduğunu da vurğulayıb: “Əlbəttə, istəyirəm ki, Neymar “Real”a keçsin. Hesab edirəm ki, bizim komandaya ideal səviyyədə uyğun gəlir. O, böyük futbolçudu. Belələri isə mütləq “Real”da oynamalıdı. Əminəm ki, bir gün Neymar “Real”a keçəcək”.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə transfer olub.