wrapper

Yunanıstan Super Liqasında çempionluğa iddialı klublardan olan "Olimpiakos" ağır cəzaya məruz qalıb.

Futbol11.az xəbər verir ki, Afina derbisində AEK-lə oyundan sonra qalmaqal yaşanması "Olimpiakos"a baha başa gəlib. Belə ki, ölkənin futbol federasiyası klubun 3 xalını silib. Üstəlik, "Olimpiakos" 2 ev oyununu da azarkeşsiz keçirəcək və 90 min avro cərimə ödəyəcək. 

PAOK-dan 6, AEK-dən 4 xal geri olan Afina təmsilçisinin 43 xalı 40-a endirilib.