wrapper

Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. Futbol11.az xəbər verir ki, bu gün cəmi 1 qarşılaşma baş tutub.

Moskvanın MOİK klubu günün yeganə matçında "Srvena Zvezda"nın qonağı olub. Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqaya yollanan rusiyalılar səfərdən sərfəli qolsuz heç-heçə ilə dönüb.

Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralı 15-də keçiriləcək.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyun

13 fevral

"Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) - 0:0

Baş hakim: Pavel Raçkovski (Polşa)

"Rayko Mitiç" stadionu, Belqrad

Media