wrapper

“Barselona”nın braziliyalı futbolçusu Filippe Koutinyo Portuqaliya vətəndaşı olmağa hazırlaşır.

Futbol11.az xəbər verir ki, Koutinyonun həyat yoldaşı Ayne Koutinyo Portuqaliya vətəndaşıdır. Portuqaliya qanunlarına görə, 3 il evli olduqları üçün Koutinyo atıq bu ölkənin vətəndaşı ola bilər.

Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq. La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barselona” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək.