wrapper

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Real” PSJ ilə qarşılaşacaq.

Futbol11.az xəbər verir ki, oyundan öncə fransız baş məşqçi Zinəddin Zidan fikirlərini bölüşüb: “Biz irəli qaçmırıq, yalnız sabahkı oyun barədə düşünürük. Rəqibimizin fransız klubu olması heç nəyi dəyişmir. Hazırda məni yalnız PSJ-yə qarşı yaxşı oynamağımız maraqlandırır. Bəli, mən Marseldənəm və PSJ hər zaman bizim prinsipial rəqibimiz olub. Lakin hazırda məni “Real”ın uğurları düşündürür. Ümid edirəm ki, baxımlı matça şahidlik edəcəyik. Taktiki sxem önəmli deyil. Əsas olan göstərəcəyimiz oyundur. Komandamız görüşə tam hazırdı. Həm Ronaldo, həm də Neymar möhtəşəm oyunçulardı. Portuqaliyalı inanılmaz uğurlara imza atıb və 5 “Qızıl top” qazanıb. Bu, Ronaldoyla Neymarın qarrşıdurması deyil. Meydanda "Real" və PSJ qarşılaşacaq. Odur ki, indi bu futbolçuları müqayisə etmək düzgün olmazdı. Neymara qarşı xüsusi planımız var? Şərhsiz. Şanslar bərabərdir. Bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. İnanıram ki, sabah onları sevindirəcəyik”.

Qeyd edək ki, bu gün baş tutacaq görüş Bakı vaxtıyla 23:45-də start götürəcək.

Son redaktə Çərşənbə, 14 Fevral 2018