wrapper

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Bazel"ə 4:0 hesablı qalib gəldikləri oyundan sonra açıqlama verib.

Futbol11.az saytı xəbər verir ki, ispan mütəxəssis oyunda iki qol vuran İlkay Gündoğanı yüksək səviyyə futbolçu adlandırıb: "İlkay yüksək səviyyəli futbolçudur. Ötən mövsüm 6 ay zədə səbəbindən oynamadı. Performansına görə çox şadam. Möhtəşəm oyun nümayiş etdirdi".

Qvardiola cavab görüşünü ciddiyə alacaqlarını deyib: "Mükəmməl nəticə qazandıq. 1/4 finala yaxınıq. Ancaq cütün taleyi 180 dəqiqəlik mübarizədən sonra aydınlıq gəlir. Bizi cavab görüşü də gözləyir. İkinci oyuna da ciddi yanaşacağıq".

Qeyd edək ki, bu cütün cavab qarşılaşması martın 7-də keçiriləcək.