wrapper

Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gətirilir.

Futbol11.az xəbər verir ki, "Mundo Deportivo" nəşri braziliyalı futbolçunun 2019-cu ilin yayında Madrid klubuna keçəcəyini ehtima edib. Mənbənin yazdığına görə "sambaçı" İspaniya La Liqasını daha baxımlı hesab edir. Neymar Primerada oynamaqla "Qızıl top" şanslarının artacağını güman edir. "Real"ın prezidenti Florentino Perez ulduz futbolçunun "Barcelona"ya keçməzdən öncə (2013) transfer etməyə çalışmışdı. Həmin vaxt Dani Alveşin də təsiri ilə Neymar katalon klubunu seçmişdi.

2019-cu ildə "Real"ın əsas qol silahı Ronaldonun 35 yaşı olacaq. Beləliklə, onu daha gənc futbolçu ilə əvəzləmək asanlaşacaq.

Son redaktə Çərşənbə, 14 Fevral 2018