wrapper

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir. 

Futbol11.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçirilib. ÇL-in son qalibi "Real" PSJ-ni qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Günün digər matçında “Portu”  "Liverpul"u qəbul edib. Görüş qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütlüklərin cavab oyunu martın 6-da baş tutacaq. 

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 0:5

Qollar: Sadio Mane, 25, 53, 85, Məhəmməd Salah, 29, Roberto Firmino, 70

"Real" (İspaniya) - PSJ (Fransa) - 3:1 

Qollar: Ronaldo, 45 , 83, Marselo, 87 - Adrien Rabio, 34