wrapper

Portuqaliya Premyer Liqasında 26-cı turun oyunlarına start verilib.

Futbol11.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olub. Kamranın adı oyunun iştirak ərizəsinə daxil edilməs də, Mahmudov 81-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma isə qolsuz başa çatıb - 0:0. 

Qeyd edək ki, 26 oyundan sonra “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.

Son redaktə Şənbə, 18 Mart 2017