wrapper

Türkiyə millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Futbol11.az xəbər verir ki, baş məşqçi Fatih Terim Finlandiya və Moldova yığmalarına qarşı oyunlar üçün 26 futbolçuya dəvət göndərib.

Terim Çinin “Pekin Qoyan” klubunda forma geyinən Burak Yılmazı bu dəfə kənarda saxlayıb.

Milliyə dəvət alan futbolçular siyahısı belədir:   Harun Təkin (“Bursaspor”), Onur Rəcəb Kıvrak (“Trabzonspor”), Volkan Babacan (“Başakşəhər”), Gökhan Gönül (“Beşiktaş”), Şener Özbayraklı (“Fənərbaxça”), Ahmet Yılmaz Çalık (“Qalatasaray”), Çağlar Söyüncü (“Frayburq”, Almaniya), Mehmet Topal (“Fənərbaxça”), Ömer Toprak (“Bayer”, Almaniya), Güray Vural (“Kayserispor”) , İsmail Köybaşı (“Fənərbaxça”), Emre Mor (“Borussiya”, Almaniya), Serdar Gürler (“Gənclərbirliyi”), Arda Turan (“Barselona”, İspaniya), Deniz Türüç (“Kayserispor”), Emre Çolak (“Deportivo”, İspaniya), Kaan Ayhan (“Fortuna”, Almaniya), Oğuzhan Özyakup (“Beşiktaş”), Okay Yokuşlu (“Trabzonspor”),  Selçuk İnan (“Qalatasaray”), Cengiz Ünder (“Başakşəhər”), Olcay Şahan (“Trabzonspor”), Volkan Şen (“Fənərbaxça”), Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Tvente”, Hollandiya), Yunus Mallı (“Volfsburq”, Almaniya).

Qeyd edək ki, Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Finlandiya yığması ilə, bundan 3 gün sonra isə Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Futbol11.az 

Son redaktə Şənbə, 18 Mart 2017