wrapper

 “Barselona”nın kapitanı Andres İnyesta Çindən təklif alıb. Futbol11.az “AS” qəzetinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu ölkənin 2 klubunun maraq dairəsindədir.

Adı açıqlanmayan komandalar İnyestaya ilinə 35 milyon avroluq maaş təklif ediblər. Bunu qəbul edəcəyi təqdirdə, ulduz futbolçu dünyanın ən yüksək ödənişli komandasına çevriləcəkdi. Lakin o, karyerasının sonuna qədər “Barselona”da qalacağını bildirib və təkliflərə “yox” cavabı verib.

Qeyd edək ki, İnyesta 2002-ci ildən “Barselona”da çıxış edir.

Futbol11.az  

Son redaktə Şənbə, 18 Mart 2017