wrapper

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb. Futbol11.az xəbər verir ki, “Osmanlıspor”un baş məşqçisi Mustafa Rəşit Akçay vəzifəsindən ayrılıb.

O, çempionatın XXV turunda “Kasımpaşa”ya məğlubiyyətdən sonra (3:2) vəzifəsindən getdiyini açıqlayıb. Ancaq klub rəhbərliyinin onun istefa ərzisəni qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, “Osmanlıspor” bu mövsüm Akçayın rəhbərliyi altında Avropa Liqasında uğurlu çıxış etmişdi.

Futbol11.az 

Son redaktə Şənbə, 18 Mart 2017