wrapper

Madridin “Real” klubunun futbolçusu Kristiano Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidanı təhqir edib.

Futbol11.az xəbər verir ki, bu, La Liqanın XXVII turunda “Atletik”lə səfər oyununda baş verib. Belə ki, fransalı baş məşqçi ikinci hissədə zəif çıxış edən Ronaldonu oyunun 79-cu dəqiqəsində İsko ilə əvəzləyib.

Portuqaliyalı futbolçu buna etiraz olaraq Zidanı təhqir edib. Onun məşqçinin ünvanına söyüşlər söydüyü iddia edilir.

Qeyd edək ki, ötən mövsüm də bu hərəkəti ilə gündəmə gəlmişdi. O, “Las Palmas”la oyunda əvəzləndiyinə görə mütəxəssisə etirazını etmişdi. 

Futbol11.az 

Son redaktə Bazar, 19 Mart 2017