wrapper

19 yaşlı mozambikli futbolçu Alberto Gino faciəvi şəkildə dünyasını dəyişib. 

Futbol11.az xəbər verir ki, ölkəsində çayların birinin kənarında, qumluğda məşq edən futbolçu timsah hücumuna məruz qalıb. İlkin ehtimallara görə, timsahın hücumu zamanı futbolçu yerdə, üzüaşağı uzanıb və heyvanın hücumundan xəbərsiz olub. Çoxsaylı ciddi bədən xəsarətləri alan futbolçu yerindəcə keçinib. Bəzi mənbələr heyvanın futbolçunun cəsədini yediyi iddia edir. 

Futbol11.az

Son redaktə Bazar, 19 Mart 2017