wrapper

FİFA qanalı referi Jozef Lapmtini cəzalandırıb. Futbol11.az xəbər verir ki, dünyanın ali futbol qurumu referini ömürlük futboldan diskvalifikasiya edib.

Buna 42 yaşlı hakimin ötən ilin noyabr ayının 12-də idarə etdiyi CAR – Seneqal matçına qeyri-qanuni müdaxilə etməsi səbəb olub. Belə ki, Lampli oyunun 43-ü dəqiqəsində seneqallıların qapısına mübahisəli penalti təyin edib. Bunun nəticəsində meydan sahiblərinin futbolçusu Tulani Xlatşvayo hesabı açıb.

Bundan dərhal sonra epizodla bağlı araşdırma aparan FİFA-nın İntizam Komitəsi yekun qərarını bu gün açıqlayıb. Qərara görə, təcrübəli referi əsasnamənin 69.1 maddəsi ilə günahkar bilinib və futboldan ömürlük uzaqlaşdırılıb.

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 20 Mart 2017