wrapper

“Barselona”nın futbolçusu Neymar maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbol11.az xəbər verir ki, braziliyalı futbolçu oynamaq istədiyi çempionatın adını açıqlayıb.

“Sambaçı” bildirib ki, İngiltərə çempionatında top qovmaq ehtimalı var: “Premyer Liqa məni heyrətləndirən çempionatdır. Bir gün İngiltərədə oynamaq istəyərəm.  “Mançester Yunayted”,  “Çelsi”, “Arsenal” və “Liverpul”a heyranam”.

Qeyd edək ki, Braziliya millisinin üzvünün “Barselona” ilə meqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Futbol11.az 

Son redaktə Çərşənbə axşamı, 21 Mart 2017