wrapper

 

Bu gün Avropa Liqasında yarımfinal məsrhələsinin püşkü atılıb. Futbol11.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbirdə öncə yarımfinal cütləri bəlli olub.

Avropanın ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 komanda iki cütlüyə bölünüb.

Püşkün nəticəsinə görə, “Ayaks” (Hollandiya) bu mərhələdə “Lion” (Fransa) ilə görüşəcək. Digər cütdə isə “Selta” (İspaniya) ilə  “Mançester Yunayted” (İngiltərə) qarşılaşacaq.

 

Avropa Liqası 

Yarımfinal

"Ayaks" (Hollandiya) - "Lion" (Fransa)

"Mançester Yunayted" (İngiltərə) - "Selta" (İspaniya)

Qeyd edək ki, yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.