wrapper

Aprelin 23-də İspaniya La Liqasının XXXII turu çərçivəsində baş tutacaq "Real" - "Barselona" matçının idarə edəcək referi Alexandro Ernandez açıqlama verib. 

Futbol11.az xəbər verir ki, 34 yaşlı referi matçı ədalətli şəkildə idarə edəcəyini bildirib: "Hər bir oyunçunun arzusu bu matçda iştirak etməkdirsə, hakimlərin də arzusu bu qarşılaşmadan təcrübə qazanmaqdır. Bu oyunda bütün məsuliyyəti özüm daşıyacam".

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Real" - "Bavariya" matçında qeydə alınan hakim səhvləri ilə bağlı da danışıb:  "Real"la "Bavariya" arasında keçirilən matça baxdım. Səmimi olmaq gərəkirsə, mən də səhvlər edirəm. Futbolçular kimi hakimin də pis və ya yaxşı oyunu olur. Ancaq Kaşşayın hakimlik bacarığı və karyerası təqdirə layiqdir və bu haqda müzakirə etməyə dəyməz".

Qeyd eək ki, əzəli rəqiblərin oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Futbol11.az