wrapper

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç ciddi zədə alıb. Futbol11.az xəbər verir ki, isveçli futbolçu UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Anderlext"lə qarşılaşmmada zədələnib. 

Belə ki, hava topuna qalxan İbra yerə uğursuz eniş edib. Belə ki, onun ayağı arxa istiqamətə əyilib. 

Bu zədəyə görə, 35 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı iddia edilir. Matçı şərh edən əfsanəvi futbolçu Maykl Ouen də forvardının durumunun olduqca ciddi olduğunu dilə gətirib. 

Qeyd edək ki, analoji halla ötən ilin fevral ayında "Çelsi"nin futbolçusu Kürt Zouma da üzləşmişdi. Zouma bu zədəyə görə 8 ay məşq edə biməmişdi.

Futbol11.az

Son redaktə Cümə, 21 Aprel 2017