wrapper

İngiltərənin "Tottenhem" klubu çok xəbərlə sarsılıb. 

Futbol11.az xəbər verir ki, Spurs təmsilçisinin 23 yaşlılardan ibarət komandasının baş məşqçisi Uqo Egiohu dünyasını dəyişib. Klubun rəsmi saytında yer alan məlumata görə, ötən gün məşq zamanı ürəyində ağrılar hiss edən 44 yaşlı çalışdırıcı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Qeyd edək ki, karyerası ərzində "Aston Villa", "Midlsbro" və "Reyncers" kimi klublarda çıxış edən Uqo İngilrərə millisinin də heyətində 4 oyun keçirib və 1 qolla yadda qalıb. 

Futbol11.az