wrapper

Nigeriyanın Cross River əyalətində kütləvi ölüm hadisəsi baş verib. Futbol11.az xəbər verir ki, yüksək gərginlikli elektrik xəttinin qırılması nəticəsində 30 nəfər ölüb, 50 nəfər ağır xəsarət olub.

Ölkənin baş polis idarəsinin mətbuat xidmətinin rəhbəri İrene Uqbo hadisənin baş vermə səbəbini belə izah edib: “Ölkənin cənub-şərq bölgəsində, Cross River əyalətində yüksək gərginlikli elektrik xəttinin qırılıb obyektlərdən birinin üzərinə düşməsi nəticəsində xeyli sayda insan dünyasını dəyişib. Bizdə olan məlumata görə, dünyasını dəyişənlər və yaralananlar həmin məkana Avropa Liqasının ¼ final mərhələsi çərçivəsində baş tutan “Mançester Yunayted” – “Anderlext” matçını televiziyadan izləmək üçün yığışıblar”.

Hadisə şahidləri Nigeriya xəbər agentliyinə də bildiriblər ki, hadisə qurbanları sözügedən matçı izləyirmişlər.

Futbol11.az 

Son redaktə Cümə, 21 Aprel 2017