wrapper

İtaliyanın “Yuventus” klubu yeni mövsüm üçün ilk transferini həyata keçirib. Futbol11.az xəbər verir ki, Turin təmsilçisi Argentianın “Boka Xuniors” klubunun futbolçusu Rodrigo Bentankuru transfer edib.

“Qoca sinyora”nın rəsmi saytında yer alan məlumata görə, 19 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. “Ağ-qaralar” futbolçuya görə “Boka”ya 9,5 milyon avro ödəyəcəklər.

Qeyd edək ki, Bentankur Uruqvayın 20 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür. O, 2015-ci ildən bu yana klubunun heyətində 40-dan çox oyun keçirib.

Futbol11.az 

Son redaktə Cümə, 21 Aprel 2017